Modern.az

Amerikalı teleaparıcı Ukraynada döyüşə qoşuldu - FOTO

Amerikalı teleaparıcı Ukraynada döyüşə qoşuldu - FOTO

Aktual

19 Aprel 2022, 16:56

ABŞ-ın məşhur televiziya aparıcısı Ukrayna ordusuna qatılıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bir aydır ekranlarda görünməyən MSNBC kanalının siyasət və terror üzrə eksperti Malcolm Nance Ukraynaya gedib və Kiyev administrasiyasının daxilində fəaliyyət göstərən əcnəbilər birliyinə qoşulub.

 

Bildirilib ki, M. Nance keçmiş donanma əsgəri olub. O, sosial media hesabında "Danışmaqdan yoruldum, hərəkət vaxtıdır" ifadələrini işlətməklə Ukrayna sıralarında döyüşə qatılacağını bildirmişdi.

 

Qeyd edək ki, bu gün Ukrayna-Rusiya müharibəsinin 55-ci günüdür. Savaşın əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski bütün dünyanı Rusiyaya qarşı döyüşməyə çağırmışdı.

 

Fatma Abdulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı