Modern.az

AHİK-də qurultay keçiriləcək? - Rəsmi cavab

AHİK-də qurultay keçiriləcək? - Rəsmi cavab

Aktual

19 Aprel 2022, 17:48

Bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurultayın keçirilməsi ilə bağlı məlumatlar dərc olunub.

 

AHİK-dən Modern.az-a bildirilib ki, həmin məlumatlar tamamilə əsasız və həqiqətdən uzaqdır.

 

Bildirilib ki, AHİK-də seçkilərin keçirilməsi nizamnaməyə uyğun olaraq, 2025-ci ilin fevral ayında nəzərdə tutulub:

 

"Bu tipli öz təsdiqini tapmayan informasiyaları hazırlayan KİV nümayəndələrinə tövsiyə edirik ki, dəqiq olsunlar, faktlara əsaslansınlar, jurnalistikanın tərəfsizlik, peşəkarlıq prinsiplərinə əməl etsinlər. Ucuz reklam xatirinə ictimaiyyətdə çaşqınlıq yaradacaq yalan informasiyalardan uzaq dursunlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?