Modern.az

Azərbaycan çempionu məlum oldu

Azərbaycan çempionu məlum oldu

Aktual

19 Aprel 2022, 18:12

Futbol üzrə Azərbaycan I Divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, "Qaradağ Lökbatan" XXII turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.

 

Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.

 

Qeyd edək ki, bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı