Modern.az

Sadır Japarov və xanımı Şəhidlər xiyabanında - FOTOLAR

Sadır Japarov və xanımı Şəhidlər xiyabanında - FOTOLAR

Aktual

19 Aprel 2022, 18:25

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova aprelin 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident Sadır Japarov və xanımı Ayqul Japarova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

 

Qırğızıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qırğızıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

 

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı