Modern.az

Məhkəmə Bəxtiyar Hacıyev barədə qərar verdi

Məhkəmə Bəxtiyar Hacıyev barədə qərar verdi

Aktual

19 Aprel 2022, 18:58

Jurnalist Ülviyyə Muradovanın (Alovlu) ictimai fəal Bəxtiyar Hacıyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.

 

Modern.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrlik etdiyi iclasda qərar elan olunub.

 

Qərara əsasən, jurnalist tərəfindən verilmiş şikayət sübuta yetirilmədiyi üçün iddiaya xitam verilib.

 

Xatırladaq ki, Ülviyyə Alovlu şikayət ərizəsində Bəxtiyar Hacıyev tərəfindən təqib edildiyini, ünvanına qeyri-etik ifadələr səsləndiyini iddia edib. İttihamçı ictimai fəalın Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi