Biz Gürcüstan, Azərbaycan və bölgə üçün dinc gələcəyin qurulması naminə birgə işləməyi davam etdirəcəyik.
Modern.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdən sonra özünün tviter hesabında yazıb.
Şalva Papuaşvili Gürcüstan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümün qeyd olunması çərçivəsində azərbaycanlı həmkarı Sahibə Qafarova ilə strateji tərəfdaşlığın gələcək dərinləşdirilməsi yollarını müzakirə etdiyini bildirib.