"Bakı Metropoliteni" bu gün səhər saatlarında yaşanan narahatlıqla bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, "Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda metropolitenə xas qoxu hiss edilib:
"Qatara baxış keçirilib. Hər hansısa texniki problem olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin natahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb. Dərhal əvəzinə qatar verilib. Qoxu aradan qaxdıqdan sonra həmin qatar xətdə işini davam etdirəcək".
Qurum rəsmisinin sözlərinə görə, bu səbəbdən qatarlararası intervallarda gecikmələr yaranıb.
***
09:00
Bu gün səhər saatlarından Bakı metrosunda qatarların hərəkətində gecikmələr müşahidə edilir.
Sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, "28 May" stansiyasında 9 dəqiqə ərzində qatar gəlməyib. Bu səbəbdən də platformada sıxlıq yaranıb.