Modern.az

Ukraynada müharibədən zərər çəkən uşaqlar - 205 ölü, 373 yaralı

Ukraynada müharibədən zərər çəkən uşaqlar - 205 ölü, 373 yaralı

Aktual

20 Aprel 2022, 10:43

Ukraynada Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri 373 uşaq yaralanıb.


Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
 

"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 578-dən çox uşaq zərər çəkib. Aprelin 20-də səhər saatlarına olan məlumata görə, ölən uşaqların rəsmi sayı dəyişməyib - 205. Yaralıların sayı artıb – 373 nəfər”, - məlumatda deyilir.


Qeyd olunur ki, bu məlumatlar yekun xarakter daşımır, çünki müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə, aktiv döyüş əməliyyatları aparılan yerlərdə işlər davam etdirilir.
 

“Rusiya Federasiyası silahlı qüvvələrinin bombardmanları nəticəsində 1141 təhsil müəssisəsi zədələnib, onlardan 99-u tamamilə məhv edilib”, - prokurorluq əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı