Rusiya mayın 9-dan əvvəl Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq niyyətindədir.
Modern.az xəbər verir ki, bunu “RBC Ukrayna”ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Oleksandr Motuzyanik deyib.
"İndi onların məqsədi tam aydındır. Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən kənara çıxarmaq və müvəqqəti işğal olunmuş Krıma gedən quru dəhlizini saxlamaq niyyətindədirlər. Lakin Rusiya mütləq bununla məhdudlaşmayacaq. Gələcəkdə işğalçılar mümkün qədər çox əraziləri ələ keçirmək üçün digər ərazilərdə, xüsusən də Xerson vilayətində hücumu inkişaf etdirməyə çalışacaqlar. İndi düşmən buna hazırlaşır, qüvvə toplayır və artıq işğal etdiyi ərazilərdə möhkəmlənir. Rusiya ordusunun taktikası bölmələrin əsas istiqamətlərdə tam və ya qismən mühasirəyə alınması, qüvvələrin sıxılması, mümkün maddi-texniki dəstək marşrutlarının qarşısının alınmasıdır. Bizim vəzifəmiz bunun qarşısını almaqdır”, - deyə Motuzyanik bildirib.