Modern.az

Goranboyda şəhid ailələri ilə görüş olub

Goranboyda şəhid ailələri ilə görüş olub

Aktual

20 Aprel 2022, 11:18

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı  cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə, Goranboy rayonundan müxtəlif medallarla təltif edilmiş 44 günlük Şanlı Vətən müharibəsi şəhidlərinin ailələri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin rayon şöbəsində görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak edib.

 

Medalları Şəhidlərimizin ailə üzvlərinə təqdim edən İcra Başçısı, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında 44 günlük Şanlı Vətən müharibəsi zamanı aparılan uğurlu döyüş əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad edilməsini tariximizin ən əlamətdar hadisəsi olduğunu və goranboylu döyüşçülərimizin də  böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdiklərini vurğuladı. Həmçinin bildirdi ki, cənab Prezidentimizin Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli ilə balı  göstərdiyi  xüsusi diqqət və qayğıya, bu istiqamətdə verilən tapşırıqlara  uyğun olaraq,  bu məsələ Goranboyda da daim diqqətdə saxlanılmış, RİH-nin rəhbərliyi və digər rəhbər şəxslər və rayon fəalları tərəfindən Vətən Müharibəsinin 56 Şəhid ailəsi  və  Qazilərimiz müntəzəm ziyarət olunmuş, daxili imkanlar hesabına müvafiq maddi-sosial yardımlar göstərilmişdir. Goranboy şəhəri Şəhidlər xatirə kompleksində və eləcə də digər yaşayış məntəqələrimizdə olan komplekslərdə   bərpa yenidənqurma işlərinin aparılması şəhidlərimizin   xatirə və igidliklərinin hər zaman diqqət mərkəzində olmasının göstəricisidir.

 

Tədbirdə iştirak edən şəhid ailələri də Şəhidlərimizə verilən yüksək dəyərə və onlara göstərilən xüsusi diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı