Modern.az

AZAL-da yoxlamalar APARILIR

AZAL-da yoxlamalar APARILIR

Aktual

20 Aprel 2022, 13:34

“Bəzi təşkilatlar var ki, xidmətlərini öz gəlirləri hesabına qarşılamırlar”.

 

Modern.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

 

Qurum rəhbəri AZAL-da yoxlamalara başlanıldığını bildirib: “AZAL-da həftənin birinci günündən nəzarət tədbirlərinə başlanılıb. Nəticələri sizə təqdim edəcəyik”.

 

Bundan əlavə, Vüqar Gülməmmədov SOCAR-da hələ yoxlamalara başlanılmadığını vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı