Modern.az

Paşinyan Rusiya Dövlət Dumasının sədrinə vəd verdi

Paşinyan Rusiya Dövlət Dumasının sədrinə vəd verdi

Aktual

20 Aprel 2022, 13:43

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb, onunla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.


Qeyd olunur ki, bu, Ermənistanın baş nazirinin Dövlət Dumasında ilk görüşüdür.


“Sizin Dövlət Dumasına səfəriniz mütləq parlamentlərimiz arasında əlaqələrin inkişafına təsir göstərəcək”, - Volodin Paşinyanla görüşdə deyib.


Dövlət Duması sədri daha sonra əlavə edib: “Rusiya ilə Ermənistan arasında parlament səviyyəsində qarşılıqlı fəaliyyət çox aktivdir. Buna iki ölkə arasındakı etimad kömək edir. Sizin dəstəyinizlə parlamentlərarası dialoq daha fəal inkişaf edəcək və biz bir-birimizi daha yaxşı başa düşəcəyik".


Öz növbəsində Ermənistanın baş naziri qeyd edib ki, bu cür ünsiyyət iki ölkə arasında münasibətlərə yeni təkan verir.


"Mən əminəm ki, parlamentlərarası əlaqələrimiz inkişaf edəcək", - Paşinyan bildirib.


O, həmçinin Dövlət Dumasının sədrini əmin edib ki, Rusiya Federal Məclisi ilə Ermənistan Respublikasının parlamenti  arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın işini dəstəkləyəcək


Volodin öz növbəsində cari gündəmdəki məsələlərin müzakirəsi üçün KTMT PA-nın Ermənistanda iclasının keçirilməsini təklif edib.


Bundan əlavə, Dövlət Dumasının sədri Paşinyanı növbəti səfəri zamanı Dövlət Dumasının deputatları qarşısında plenar iclasda çıxış etməyə dəvət edib.


Xatırladaq ki, Ermənistanın baş naziri Rusiyada rəsmi səfərdədir. Ötən gün Moskvada Ermənistan hökumətinin başçısı ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı