Modern.az

Ukrayna Rusiyanın sülh təklifini RƏDD ETDİ

Ukrayna Rusiyanın sülh təklifini RƏDD ETDİ

Aktual

20 Aprel 2022, 15:49

"Ukrayna Rusiyanın təkliflərinə əks mövqedədir".

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak mediaya açıqlamasında bildirib.

 

"Sənəddə nələrin qeyd olunduğu haqda araşdırma aparıb, nəticə çıxaracağıq. Biz İstanbul görüşü çərçivəsində qarşı tərəfə öz təkliflərimizi vermişdik. Ona görə də biz öz mövqeyimizi qoruyuruq”,-  Ukrayna rəsmisi Moskvaya cavab verib.

 

Qeyd edək ki, bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Kiyevə sülh sənədi layihəsini təklif etdiyini və cavab gözlədiklərini açıqlayıb. Sənədin detalları hələ də məlum deyil. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı