Ukraynanın Xarkov vilayəti ətrafında gedən döyüşlərdə Rusiyanın yüksək rütbəli zabiti həlak olub, iki hərbçi isə ağır yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat verib.
Məlumata görə, Rusiyanın Moskva vilayətinin Kalininets şəhərində yerləşən 23 626 saylı 2-ci motoatıcı diviziyanın komandirinin müavini, polkovnik-leytenant Andrey Smirnov, həmin diviziyanın 31 134 saylı 15-ci motoatıcı alayının komandiri polkovnik Xaritonov ağır yaralanıb. Kalininetsdə dislokasiya olunan 2-ci motoatıcı diviziyanın 31 135 saylı 1-ci motoatıcı alayının komandiri polkovnik-leytenant Deins Mejuyev döyüşlərdə həyatını itirib.