Modern.az

Elxan Məmmədova FİFA-da yüksək vəzifə verildi

Elxan Məmmədova FİFA-da yüksək vəzifə verildi

Aktual

20 Aprel 2022, 17:14

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib. O, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub. 

 

Modern.az xəbər verir ki, bu barədə FİFA-nın saytında məlumat yerləşdirilib.

 

E.Məmmədov 2022-ci il mayın 1-dən vəzifəsinin icrasına başlayacaq. O, FİFA Forward proqramının həyata keçirilməsi üzrə regional strategiyalara, inkişaf layihələrini müəyyən etmək və onların icrasını təmin etmək məqsədilə 55 FİFA üzvü olan Avropa assosiasiyalarının konkret tələblərini təhlil etmək üçün xüsusi məsuliyyət daşıyacaq.  

 

O, yeni vəzifəsində FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.

 

Qeyd edək ki, Elxan Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı