Modern.az

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Aktual

20 Aprel 2022, 19:32

"Əvvəldən xəbər verildiyi kimi, bu gün axşam saatlarından başlayaraq aprelin 21-i gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şamaxı və Göygöldə yerləşən dopler radar məlumatlarına əsasən ölkənin şimal və qərb rayonlarında yağıntıların intensiv olması nəticəsində bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçməsi ehtimal olunur".

 

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

 

Onun sözlərinə görə, yaxın saatlarda şimal küləyinin sürəti saniyədə 25-30, gecə saatlarında isə 33 metrədək güclənəcək. U. Tağıyeva qeyd edib ki, bəzi rayonlarda da güclü külək müşahidə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı