Modern.az

Boksçumuz Avropada gümüş medal qazandı

Boksçumuz Avropada gümüş medal qazandı

Aktual

20 Aprel 2022, 20:53

Bolqarıstanda gənc boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinal döyüşləri davam edir.

 

Modern.az xəbər verir ki, yığmamızın heyətində finala vəsiqə üçün Kənan Babayevin (48 kq) ardınca Amin Məmmədzadə (51 kq) də rinqə çıxıb.

 

1/8 finalda irlandiyalı, 1/4 finalda ermənistanlı rəqibinə qalib gələn Azərbaycan çempionu üçüncü qarşılaşmasında Gürcüstan idmançısı ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

 

Nəticədə Məmmədzadə Avropa birinciliyini bürünc medalla başa vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?