Modern.az

Bakıda imsak vaxtı oteldə oğurluq - VİDEO

Bakıda imsak vaxtı oteldə oğurluq - VİDEO

Aktual

21 Aprel 2022, 08:55

Bakıda yerli hotellərin birinin restoranında oğurluq hadisəsi baş verib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə ötən gün 03:20 radələrində qeydə alınıb.

 

Belə ki, restoranın işçiləri imsak üçün yemək hazırlıqları görən zaman onların gödəkçələrindən oğurluq olub.

 

Naməlum şəxslər restorana müştəri kimi daxil olaraq oradan telefon, pul və bank kartını oğurlayıblar. Hadisənin görüntüləri müşahidə kamerası ilə lentə alınıb.

 

Oğrular "Chevrolet Cruze" markalı, dövlət nömrə nişanı 10 EY 442 olan avtomobillə hadisə yerindən uzaqlaşıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı