Modern.az

Rusiya “Pasxa barışığı” təklifini rədd etdi 

Rusiya “Pasxa barışığı” təklifini rədd etdi 

Aktual

21 Aprel 2022, 09:20

Rusiya Birləşmiş Millətlər Təşkilatının ( BMT) baş katibi Antoniu Quterreşin Ukraynada “Pasxa humanitar pauzası” tətbiq etmək təklifini rədd edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsa “Twitter” səhifəsində məlumat paylaşıb.

 

O, Rusiya nümayəndəsinin çıxış videosunu yerləşdirərək, qarşı tərəfin atəşkəsdən imtina etdiyini bildirib.

 

Xatırladaq ki, BMT-nin baş katibi münaqişə tərəflərini aprelin 21-dən Pasxa bayramı ilə əlaqədar 4 günlük atəşkəsə çağırıb. Onun sözlərinə görə, atəşkəs Ukraynada hərbi əməliyyatların əhatə etdiyi ərazilərdən daha çox mülki vətəndaşın təxliyə edilməsinə, humanitar təşkilatların isə zərərçəkənlərə yardım göstərməsinə imkan verəcək. Ukrayna bu təkliflə razılaşıb, Rusiya isə imtina edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı