Modern.az

Bayden bu gün Ukraynadakı vəziyyətlə bağlı ÇIXIŞ EDƏCƏK

Bayden bu gün Ukraynadakı vəziyyətlə bağlı ÇIXIŞ EDƏCƏK

Aktual

21 Aprel 2022, 09:32

ABŞ prezidenti Co Bayden Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı yeni açıqlama verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Qeyd olunur ki, Bayden aprelin 21-də Vaşinqtonda çıxış edəcək.

 

"Prezident Rusiya və Ukrayna ilə bağlı son məlumat verəcək", - Ağ Evdən bildiriblər.

 

Bir gün əvvəl ABŞ prezidentinin mətbuat katibi Cen Psaki demişdi ki, Bayden Ukrayndan çəkilən dəhşətli fotoları kədərlə qəbul edir.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!