Xaçmazda piyada ölümü qeydə alınıb.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, hadisə aprelin 20-də saat 15 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində qeydə alınıb.
Həmin vaxt şəhərin Arzu kənd sakini E.Axverdiyev idarə etdiyi “İsuzu markalı avtomobillə yolu keçən şəhər sakini Dilşad Əhmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Bildirilib ki, hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.