Modern.az

Elxan Məmmədov AFFA-dan maaş almayacaq

Elxan Məmmədov AFFA-dan maaş almayacaq

Aktual

21 Aprel 2022, 10:40

AFFA-da icraçı vitse-prezident vəzifəsinə yeni təyinat gözlənilmir.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla bildirib.

 

Qeyd edək ki, Elxan Məmmədov AFFA İcraiyyə Komitəsinin 2020-ci il yanvarın 28-də keçirilmiş iclasında icraçı vitse-prezident təyin olunub. Bu vəzifə məhz həmin vaxt yaradılıb.

 

Ötən gün FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru təyin olunan funksioner. milli asosiasiyasadakı işini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident kimi davam etdirəcək.

 

E.Məmmədov AFFA-da əməkhaqqı almadan fəaliyyət göstərəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı