Modern.az

Güclü külək nə vaxt səngiyəcək?

Güclü külək nə vaxt səngiyəcək?

Aktual

21 Aprel 2022, 10:48

Azərbaycanda başlayan güclü şimal-qərb küləyi və rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

Onun sözlərinə görə, axşama doğru yağıntının kəsiləcəyi gözlənilir:

 

“Eyni zamanda, güclü şimal-qərb küləyi tədricən mülayimləşəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?