Modern.az

Ukraynada öldürülən rus hərbçilərin sayı 20 minə ÇATIB

Ukraynada öldürülən rus hərbçilərin sayı 20 minə ÇATIB

Aktual

21 Aprel 2022, 10:55

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvələrin sayı 21 000-ə çatıb.

 

Modern.az xəbər verir ki,bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

 

“Rusiyanın indiyə qədər 829 ədəd tankı, 2 118 ədəd zirehli döyüş maşını, 393 ədəd artilleriya sistemi, 136 ədəd reaktiv yaylım atəş sistemi, 67 hava hücumundan müdafiə sistemi, 172 ədəd hərbi təyyarəsi, 151 ədəd helikopteri, 1 508 ədəd nəqliyyat vasitəsi, 166 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib”,- məlumatda deyilir. 

 

Xatırladaq ki, Rusiya ordusu fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı