Almaniya kansleri Olaf Şoltz Ukraynaya silah göndərməmək mövqeyinə görə istefaya göndərilə bilər.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Şpiqel" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Almaniya müxalifəti kanslerin mövqeyindən istifadə edə və Bundestaqda Ukraynanın əlavə silahlanması məsələsini qaldırmaqla onun mümkün istefasına səbəb ola bilər.
“Almaniya müxalifət partiyasının rəhbəri Fridrix Merz gələn həftə keçiriləcək plenar iclasa Kiyevə ağır silahların tədarükü ilə bağlı təklif təqdim edəcək. Bununla Almaniyanın bütün əsas siyasi qüvvələrinin mövqelərini aydın şəkildə nəzərdən keçiriləcək. Müxalifətin sözlərinə görə, hazırda kansler Ukraynaya silah tədarükü görmək niyyətində deyil. Bu da kansleri devirmək üçün bir növ siqnaldır. Ukraynanı ağır silahlarla təmin etmək məsələsi hazırda Almaniyada böyük narazılığa səbəb olub. Dəstəyin olmaması sonda onun istefası ilə nəticələnə bilər”,- qəzet yazıb.
Qeyd edək ki, bir gün əvvəl Almaniya mətbuatı Berlinin Ukrayna üçün mümkün ixrac silah siyahısını iki dəfə azaltdığını, ağır silahları siyahıdan sildiyini yazıb. Məlumata görə, dəyişikliklər kanslerin təkidi ilə edilib. Nəticədə, ilkin olaraq Ukrayna tərəfinə təqdim edilən siyahı 48 səhifədən 24 səhifəyə endirilib.