Modern.az

Mariupolda humanitar dəhliz açılır

Mariupolda humanitar dəhliz açılır

Aktual

21 Aprel 2022, 11:29

Bu gün Ukraynanın Mariupol şəhərində humanitar dəhliz açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın nəzarət olunmayan ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk məlumat verib.

 

"Biz qadınların, uşaqların və qocaların təxliyəsini davam etdiririk. Bu gün saat 14:00-a humanitar dəhliz planlaşdırılıb”, - nazir bildirib.

 

O, həmçinin vurğulayıb ki, cümə axşamı Ukrayna tərəfi Xerson vilayətindən humanitar dəhliz təşkil etməyə cəhd edəcək. Qəbul yerləri üç yaşayış məntəqəsində açılacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı