Modern.az

Nazirdən yeni rəis TƏYİNATI - FOTO

Nazirdən yeni rəis TƏYİNATI - FOTO

Aktual

21 Aprel 2022, 11:50

Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

 

Nazirin digər əmri ilə, bu vəzifəyə Əhmədov Araz Tofiq oğlu təyinat alıb.

 

Yeni rəis bu gün kollektivə təqdim olunub.

 

Qeyd edək ki, Əhmədov Araz Tofiq oğlu 2 oktyabr 1972-ci ildə Neftçala şəhərində anadan olub.

 

O bundan əvvəl Neftçala rayon Təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı