Modern.az

Ruslar Mariupolda 2 min ukraynalı əsgəri mühasirədə SAXLAYIR

Ruslar Mariupolda 2 min ukraynalı əsgəri mühasirədə SAXLAYIR

Aktual

21 Aprel 2022, 12:04

Ukraynanın Mariupol şəhərini işğal edən Rusiya qoşunları buradakı "Azovstal" zavodunda mövqe tutan 2 minə yaxın ukraynalı əsgəri mühasirəyə alıb. Onlardan 1478-i artıq təslim olub.


Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Kremldə prezident Vladimir Putinlə görüşündə müdafiə naziri Sergey Şoyqu deyib.

 

O, Mariupolu “millətçi Azov alayının paytaxtı” adlandırıb. Şoyqunun sözlərinə görə, şəhərin özü azad edilib, lakin silahlılar metallurgiya zavodunda qalıb.


"Ukraynalı yaraqlılar və xarici muzdluların olduğu "Azovstal" zavodu təhlükəsiz şəkildə bloklanıb", - Şoyqu bildirib.
 

Nazir qeyd edib ki, “Azovstal”da əməliyyatı başa çatdırmaq üçün üç-dörd gün lazımdır.

Rusiya prezidenti Vladimir Putin isə Mariupolda 2 minə yaxın ukraynalı əsgərin mühasirəyə alındığı “Azovstal” zavoduna hücumu dayandırmaq haqda əmr verib. Putin bunu rus hərbçilərin həyatını xilas etməklə izah edib.

 

Onun sözlərinə görə, katakombalara qalxmağa ehtiyac yoxdur, “Azovstal”da sənaye zonasını bağlamaq lazımdır ki, “milçək uçmasın”.

 

"Mən sənaye zonasına hücumu məqsədəuyğun hesab etmirəm. Mən onun ləğv edilməsini əmr edirəm", - Putin deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı