Modern.az

Avstriya Rusiyadan neft idxalını dayandırdı

Avstriya Rusiyadan neft idxalını dayandırdı

Aktual

21 Aprel 2022, 12:32

Avstriya Rusiyadan neft idxalını və emalını dayandırıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Avstriyanın OMV neft-qaz şirkəti bildirib.

 

Qeyd olunub ki, şirkət Avstriyanın Şvexat və Almaniyanın Burqhauzen şəhərlərindəki zavodlarda Rusiya neftini digər mənbələrlə əvəz edib.

 

Statistikaya əsasən, Avstriyanın neft idxalında Rusiyanın payı 8 faizə yaxın təşkil edir. İlk üçlükdə isə Qazaxıstan, Liviya və İraq yer alır. Bu ölkələr Avstriyaya ümumi neft idxalının 80 faizini təmin edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı