Modern.az

İsraildə Rusiyaya qarşı təxribat riski var - SƏFİR

İsraildə Rusiyaya qarşı təxribat riski var - SƏFİR

Aktual

21 Aprel 2022, 13:46

Bu il İsraildə Qələbə Gününün qeyd edilməsi dövlət səviyyəsində mayın 9-na nəzərdə tutulub, lakin Rusiya Federasiyasının mövcud siyasətini dəstəkləməyənlərin təxribat cəhdləri istisna edilmir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib.

 

"Əminliklə deyə bilərəm ki, İsrail yaddaqalan tarixə - faşizm üzərində birgə qələbəmizə münasibətini yenidən nəzərdən keçirən ölkələrdən deyil. İsrail mayın 9-da faşist Almaniyası üzərində Qələbə Gününün qeyd edilməsi haqqında qanun qəbul edib. Bu il məndə olan məlumata görə, belə tədbirlər dövlət səviyyəsində keçiriləcək”, - səfir “Rossiya 24” telekanalının efirində deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...