Modern.az

Gömrük postunda dərman preparatları aşkarlandı - FOTO

Gömrük postunda dərman preparatları aşkarlandı - FOTO

Aktual

21 Aprel 2022, 15:36

Poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

DGK Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda Türkiyə Respublikasının Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşının ünvanına göndərilən yükə gömrük baxışı keçirilib. Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində yataq dəsti kimi göstərilən yükün içərisində ampulaların təsviri müşahidə olunub. Aparılan fiziki yoxlama zamanı isə yataq dəstinin içərisindən gömrük orqanından gizlədilən 74 ədəd ampula şəklində dərman preparatları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gömrük postunda dərman preparatları aşkarlandı - FOTO

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı