Modern.az

Ukraynada hərbi vəziyyət rejimi uzadıldı

Ukraynada hərbi vəziyyət rejimi uzadıldı

Aktual

21 Aprel 2022, 17:10

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı işğalından sonra tətbiq edilən hərbi vəziyyət rejimi 2022-ci il mayın 25-dək uzadılıb.


Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Ali Radanın deputatları Prezident Volodimir Zelenskinin təşəbbüsündən sonra müvafiq qərarın lehinə səs veriblər.
 

Ukraynada hərbi vəziyyət aprelin 25-dək qüvvədə idi, indi isə daha 30 gün uzadılıb.


Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada müharibəyə başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar