Modern.az

Paşinyan Minsk Qrupunun “ölmədiyini” deyir

Paşinyan Minsk Qrupunun “ölmədiyini” deyir

Aktual

22 Aprel 2022, 15:30

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin formatının ləğvi ilə bağlı iddiaları əsassız adlandırıb.

 

Modern.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqların nəticələrindən biri Qarabağ məsələsinin həlli kontekstində ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq mandatının bundan sonra yaranan bütün siyasi proseslərlə bağlı "əhəmiyyətinin" vurğulanması olub.

 

“Əgər Moskva səfərindən əvvəl Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərin Ermənistana səfər etməsi faktını qeyd etsək, o zaman formatın ləğvi ilə bağlı qiymətləndirmələrin əsassız olduğunu deyə bilərik”, - Ermənistan hökumətinin başçısı qeyd edib.

 

Paşinyan, həmçinin bəyan edib ki, bütün həmsədr ölkələr Ukraynadakı hadisələrin onların birgə fəaliyyətinə problemlər yaratmasına baxmayaraq, Qarabağ nizamlanması üzrə mandatlarına sadiq qalırlar.

 

"Lakin bu şərtlər daxilində də onlar fəaliyyət göstərir, regiona səfər edir və Qarabağ nizamlanmasının təşviqi ilə bağlı öhdəliklərini yerinə yetirirlər ki, bu da nikbinliyə əsas verir", - deyə baş nazir əlavə edib.

 

Ermənistan və Rusiya liderlərinin Moskva görüşündən sonra yaydıqları birgə bəyanatda deyilir ki, tərəflər Qarabağ nizamlanması kontekstində ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun təcrübəsindən istifadənin vacibliyini bəyan ediblər. Bundan öncə Rusiya XİN isə Minsk Qrupunun işinin iflic olduğunu açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı