Modern.az

Kiberhücumların sayı 4 dəfə artıb 

Kiberhücumların sayı 4 dəfə artıb 

Aktual

22 Aprel 2022, 18:00

Dünya İqtisadi Forumunun ötən il dərc etdiyi qlobal risk hesabatında kibertəhdidlər dünyada üzləşdiyimiz ən ciddi risklərdən biri kimi qeyd edilib. Ötən il dünya iqtisadiyyatının kiberhücumlardan çəkdiyi ziyan təxminən 6 trilyon dollar olub.

 

Modern.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

 

Nazir bildirib ki, əgər 2016-cı ildə hər 40 saniyədən bir kiberhücumların şahidi olurduqsa, artıq 2021-ci ildə bu rəqəm 4 dəfə artıb. Belə ki, ötən il hər 11 saniyədən bir müxtəlif səviyyədə kiberhücumlar baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı