Modern.az

Məkkə-Mədinə yolunda ağır qəza - 8 ölü, 43 yaralı 

Məkkə-Mədinə yolunda ağır qəza - 8 ölü, 43 yaralı 

Aktual

23 Aprel 2022, 09:24

Səudiyyə Ərəbistanında Mədinə şəhəri ilə Məkkəni birləşdirən avtomobil yolunda sərnişin avtobusu aşıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb.

 

Hadisə yerinə çox sayda xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Bildirilib ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağır, 10 nəfərin vəziyyəti orta ağır, 30-nun vəziyyəti isə stabil dəyərləndirilir.

 

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı