Modern.az

Bir ayda 6 ton narkotik müsadirə edilib

Bir ayda 6 ton narkotik müsadirə edilib

Aktual

23 Aprel 2022, 10:59

Aprel ayının ötən dövrü ərzində İran sərhədçiləri 6 ton narkotik vasitə müsadirə edib.

 

Modern.az xəbər verir ki, bunu İran Sərhəd Xidmətinin komandanı general Əhmədəli Güdərzi deyib.

 

Urmiyaya səfəri zamanı jurnalistlərə açıqlama verən general bildirib ki, cinayətkar qruplar təkcə narkotik vasitələr deyil, həm də yanacaq və silah qaçaqmalçılığı ilə məşğul olurlar.

 

General nəzərə çatdırıb ki, bu ayın ötən dövrü ərzində 6 ton narkotik vasitə, 2 milyon 500 min litr qaçaq yanacaq, 14 min baş iribuynuzlu mal-qara tutularaq müsadirə olunub. Sərhədi qanunsuz keçməyə çalışan 21 min 573 nəfər məsuliyyətə cəlb olunub.

 

Qeyd edək ki, İranın 16 vilayəti sərhədyanı bölgədə yerləşir. Qaçaqmalçılıq ən çox İranın Sistan-Bəlucistan vilayətində müşahidə edilir. Əfqanıstanla sərhəddə olan bu vilayətdə ildə 10 tondan çox narkotik vasitə tutulur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı