Modern.az

Yaponiyada kruiz gəmisi batır

Yaponiyada kruiz gəmisi batır

Aktual

23 Aprel 2022, 13:32

Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində kruiz gəmisi batır.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya televiziyası məlumat yayıb.

 

Gəmidə 30-a yaxın şəxsin olduğu bildirilib. Məlumata görə, onlar xilasedici jiletləri geyərək xilasedicilərin yaxınlaşmasını gözləyirlər. Hadisə yerinə patrul qayıqları və təyyarələr göndərilib.

 

Qəzanın səbəbi hələlik məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Güneylilərdən Türkiyəyə sərt etiraz - Zülmlərimizə niyə susursunuz?