Modern.az

Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul edib

Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul edib

Aktual

23 Aprel 2022, 17:00

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev özünün "Facebook" səhifəsində məlumat paylaşıb. 

 

E.Hacıyevin sözlərinə görə, daxili işlər naziri Vilayət Eyvazov Bəxtiyar Hacıyevi dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağını nəzərinə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!