Modern.az

Zelenski: “Putinlə görüşdən qorxmuram”

Zelenski: “Putinlə görüşdən qorxmuram”

Aktual

24 Aprel 2022, 00:24

"Müharibəni dayandırmaq istəyirəm. İki yol var. Diplomatik və hərbi yol. İstənilən sağlam insan diplomatik yolu seçir. Çünki bilir ki, milyonlarla insan itkisinin qarşısını ala bilər”.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. 

 

Zelenski müharibəni dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini söyləyib.

 

"Putinlə görüşdən qorxmuram. Qorxmağa haqqım yoxdur, çünki xalqımız heç nədən qorxmadığını nümayiş etdirdi. İnsanlar övladları üçün qorxur. Söhbət dövlətçiliyimizdən və müstəqilliyimizdən gedirsə, normal lider qorxmamalıdır”, - deyə Ukrayna lideri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı