Modern.az

Gürcülər Pasxa bayramını qeyd edir

Gürcülər Pasxa bayramını qeyd edir

Aktual

24 Aprel 2022, 09:18

Bu gün Gürcüstanın xristian əhalisi Pasxa bayramını qeyd edir.

 

Modern.az gürcü mediasına istinadən xəbər verir ki, ölkə ərazisindəki kilsələrdə inanclı insanların iştirakı ilə dini ayinlər yerinə yetirilir.

 

Ölkənin baş patriarxı, İkinci İlia Pasxa münasibətilə bu bayramı qeyd edənlərə təbrik ünvanlayıb.

 

Pasxa bayramı ilə əlaqədar qonşu ölkənin baş naziri, parlamentin sədri və digər hökumət nümayəndələri Tbilisidəki Sameba kilsəsində gecə saatlarında baş tutmuş dini ayin mərasiminə qatılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı