İran Prezidenti İbrahim Rəisi Əfqanıstanda terror təhlükəsinin bu ölkə və regionda yayılmasından narahatlıqlarını və terror təhlükəsinə qarşı mübarizədə bütün imkanlardan istifadə etməyə hazır olduqlarını dilə gətirib.
Modern.az İran mediasına istinadən xəbər verir ki, prezident Rəisi Əfqanıstanın bir sıra şəhərlərində məscid və məktəblərə edilən, çox sayda adamın ölümünə səbəb olan terror aktlarını pisləyib:
“Terror təşkilatı İŞİD-in Əfqanıstanda törətdiyi hücumlarla İsrailin işğalı altında olan Şərqi Qüdsdəki Əqsa məscidində fələstinlilərə qarşı hücumlar bir-birinə oxşayır. Bu gün media imperiyası düşmənin əlindədir və onlar daima doğrunu haqsız, səhvi doğru kimi yazırlar".
İran prezidenti bildirib ki, Tehran "Taliban" hökumətini bütün əfqanıstanlıların, o cümlədən ölkədəki şiələrin həyatını qorumaq üçün tədbirlər görməyə, cinayətkarları tapmağa və cəzalandırmağa çağırıb:
"Hücumların bölgəyə sıçrama ehtimalına hazır olmalıyıq. İrana terror təhlükəsinə qarşı mübarizə aparmaq və bu faciələrin təkrarlanmaması üçün bütün vasitələrdən, eləcə də əməkdaşlıqdan istifadə etməyə hazırıq”.