Ukrayna hərbçiləri Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər.
Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat verib:
“Xerson vilayətində saxta referendum ərəfəsində düşmən fəallaşmağa çalışıb. Aleksandrovka və Tavriçeskoye istiqamətində hücum cəhdləri uğursuz olub. Rusiya qüvvələrinin Nikolaevkanı ələ keçirmək cəhdləri də müvəffəqiyyətsizdir. Bölmələrimiz müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib”.
Onun sözlərinə görə, Kiselevka ərazisində Ukrayna hərbçiləri işğalçıların Posad-Pokrovskoyeyə növbəti hücumu üçün hazırlanan cəmlənmiş canlı qüvvə və texnikasına zərbələr endiriblər:
“Düşmən xeyli itki verərək Çernobaevkaya doğru geri çəkilib. Düşmənin ümumi itkiləri 74 canlı qüvvə və 13 texnika, o cümlədən iki tank, çoxsaylı reaktiv yaylım atəşi sistemi, altı zirehli və mühəndis texnikası, dörd PUA olub”.