Ukraynada fevralın 24-də başlayan müharibə nəticəsində həlak olan uşaqların sayı 213 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Rusiyanın hücumları zamanı daha 389 uşaq xəsarət alıb. Uşaqlar ən çox Donetsk vilayəti, Kiyev, Xarkov, Çerniqov, Xerson, Nikolayev, Luqansk, Zaporojye, Sumı və Jitomirdə zərər çəkiblər.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə nəticəsində 1500 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 102-si tamamilə məhv edilib.