Modern.az

BMT-nin Baş katibi Türkiyəyə gedir

BMT-nin Baş katibi Türkiyəyə gedir

Aktual

24 Aprel 2022, 11:11

BMT-nin Baş katibi Antoniu Quterriş aprelin 25-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Baş katibin ofisi məlumat yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində A.Quterriş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. Qarşıdakı danışıqların mövzuları hələ açıqlanmayıb.

 

Bundan əlavə, aprelin 26-da BMT-nin Baş katibi Moskvaya yola düşəcək. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək və Prezident Vladimir Putin tərəfindən qəbul ediləcək. Həmçinin aprelin 28-də A.Quterriş Ukraynaya səfər edəcək və xarici işlər naziri Dmitro Kuleba və Prezident Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!