Modern.az

Bakıda sex yandı

Bakıda sex yandı

Aktual

24 Aprel 2022, 11:32

Bakı şəhərinin Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 43 m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları qismən və lambirindən ibarət tavanı, sexin içərisində təmirə dayanan "Ford " markalı minik avtomobilinin yanar hissələri və avadanlıqlar, bitişik ümumi sahəsi 25 m² olan digər sexin dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Hər iki sexin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!