Modern.az

Məmmədyarov növbəti görüşünə çıxacaq

Məmmədyarov növbəti görüşünə çıxacaq

Aktual

24 Aprel 2022, 11:49

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

 

Modern.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın üçüncü turunda kanadalı Erik Hansenlə üz-üzə gələcək. Məmmədyarov ilk iki turda çinli Le Kuanq Lyeyə qalib gəlib, Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya isə uduzub.

 

"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland) və Yan-Kşiştof Duda (Polşa) da iştirak edir.

 

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı