Modern.az

Çin və Hindistan viza verilməsini dayandırdı

Çin və Hindistan viza verilməsini dayandırdı

Aktual

24 Aprel 2022, 12:05

Hindistan hakimiyyəti Çin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb, verilən vizalar isə etibarsız sayılacaq.

 

Modern.az "The Sun"a istinadən xəbər verir ki, buna səbəb Çin Xalq Respublikasının koronavirus pandemiyası səbəbindən bu ölkəni tərk etmiş 20 mindən çox hindli tələbənin ölkəyə girişinə icazə vermək istəməməsidir. Nəticədə rəsmi Yeni Dehli Çin vətəndaşlarına verilən turist vizalarını ləğv edib.

 

Nəşr bildirib ki, Hindistan çinlilərə diplomatik və iş vizaları verməyə davam edir.

 

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar mart ayında Yeni Dehliyə səfəri zamanı çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı bu məsələni qaldırıb, lakin Pekin hələ də cavab verməyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı