Ukraynada könüllü olaraq vuruşan iki gürcü döyüşçünün nəşi Gürcüstana gətirilib.
Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında onların nəşini yüzlərlə vətəndaş qarşılayıb.
Zaza Biçadze və Alika Çaava 16 aprel tarixində Luqansk vilayətində Rusiya ordusu tərəfindən endirilən hücum zərbələri zamanı həlak olublar.
Qeyd edək ki, bu günədək Ukraynada davam edən müharibədə 9 gürcü əsilli döyüşçü həyatını itirib.