Modern.az

Gimnastlarımız Dünya Kubokunda mübarizəyə başladı

Gimnastlarımız Dünya Kubokunda mübarizəyə başladı

Aktual

24 Aprel 2022, 13:00

Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda ilk final çıxışlarını yerinə yetiriblər.

 

Modern.az xəbər verir ki, hər iki idmançı halqa ilə hərəkətlərdə məharətlərini nümayiş etdiriblər.

 

Hakimlərdən 29.800 xal alan Cəlilova 4-cü yeri tutub. 29.350 xal toplayan Ağamirova isə 6-cı olub.

 

Qeyd edək ki, bu gün Arzu Cəlilova, həmçinin, top və lentlə, Zöhrə Ağamirova isə gürzlə hərəkətlərdə medal qazanmağa çalışacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı