Modern.az

9 miqrantın cəsədi sudan çıxarıldı

9 miqrantın cəsədi sudan çıxarıldı

Aktual

24 Aprel 2022, 13:18

Livan dənizçiləri Tripoli limanının yaxınlığında dənizdən 9 qeyri-leqal miqrantın cəsədini çıxarıblar.

 

Modern.az xəbər verir ki, Tripoli limanının rəisi Əhməd Tamer içərisində 60 miqrantın olduğu və Kiprə yollanan qayığın batdığını bildirib.

 

Onun sözlərinə görə, 28 nəfər livanlı hərbi dənizçilər tərəfindən xilas edilib, 23 miqrant itkin düşüb. Hazırda itkin düşmüş şəxslərin axtarışı davam edir.

 

Qayıqdakı miqrantlar Afrika və Yaxın Şərq ölkələri, o cümlədən Livan vətəndaşları olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı